Dünya

Fransada 100-ə yaxın namizəd seçkilərin ikinci turunda iştirakdan imtina edib

2 İyul 2024 06:15
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) növbədənkənar seçkilərin ikinci turuna daxil olan 100-ə yaxın namizəd Jordan Bardell və Marin Le Penin sağçı Milli Birlik partiyasının qələbəsinə mane olmaq üçün daha güclü namizədlərin xeyrinə öz namizədliklərini geri götürüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, "Birgə Respublika Naminə" prezident koalisiyasından və "Yeni Xalq Cəbhəsi" solçu alyansdan olan namizədlər namizədliklərini geri götürüblər.

Məlumata görə, birinci turda birmandatlı dairələrində üçüncü yeri tutan, lakin eyni zamanda ikinci tura keçmək üçün kifayət qədər səs toplayan siyasətçilər mübarizəni davam etdirməkdən imtina ediblər.

Qeyd edək ki, Milli Assambleyanın 577 deputatı var. Mütləq çoxluğu əldə etmək üçün bir partiya 289 mandat qazanmalıdır.

Fransanın baş naziri Qabriel Attal daha əvvəl demişdi ki, "Birgə Respublika Naminə" prezident koalisiyasının 60-a yaxın namizədi parlament seçkilərinin ikinci turunda səslərini solçulara vermək və parlamentin qələbəsinin qarşısını almaq üçün yarışdan kənarlaşdırılacaq.

İyunun 30-da keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunun nəticələrinə görə, Milli Birlik 33 faiz səslə irəli çıxıb. "Yeni Xalq Cəbhəsi" 28%, "Birgə Respublika Naminə" koalisiyası isə 20% səs toplayıb.

İyulun 7-də baş tutacaq ikinci tur həlledici olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.