Meyxanaçı Rəşad Dağlının qızı Bətül musiqi təhsili almağa başlayıb.
Milli.Az xəbər verir ki, məlumata görə, sənətçinin övladı ilk dərsindən sonra atasına sürpriz edərək xüsusi ifa təqdim edib.
Bətül pianoda türk musiqisi səsləndirib və həmin ifanı Rəşad Dağlıya ithaf edib. Görüntülər sosial şəbəkədə böyük maraq yaradıb və izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay çəkilməmiş cəzası qalıb.
Musa
Milli.Az





