Şou-biznes

Əmiqızı oğlan məşhur müğənnilər KÜSÜLÜDÜRLƏR: Biri xanəndə və Əməkdar artistdir

1 Dekabr 2025 14:30
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prodüser-aparıcı Tarix Əliyev məşhur müğənnilər Zabitə Əliyeva və Əməkdar artist Arzu Əliyeva arasında illərdir münasibətin olmadığını bildirib.

Milli.Az-ın məlumatına görə, o, məsələ ilə bağlı açıqlama verən Zabitə Əliyeva bunları deyib:

"Bu mövzuda söz açılmayıb, heç yerdə deməmişəm. Açıqlama verib bundan sonra mövzu barədə danışmayacağam. 14 ildir səhnədəyəm, nə şəxsi həyatımla, nə də sənətdən kənar heç bir mövzu ilə gündəmə gəlməmişəm. Bir neçə gündür efirlərdə bu söhbətlər gedir, istəmirəm danışım. Mənim onunla münasibətim yoxdur. Təkcə onu deyirəm ki, bu hər kəsin ailəsində ola biləcək şeylərdir. Mənim bu sənətdə və həyatda Allahdan başqa heç kimim yoxdur, heç kimin dəstəyinə də ehtiyacım yoxdur".

Zabitə Əliyeva bundan sonra mövzu ilə bağlı açıqlama verməyəcəyini deyərək, mövzuya nöqtə qoyub.

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.