Türkiyə

Ərdoğandan Türkiyə sahillərində vurulan gəmilərlə bağlı xəbərdarlıq

1 Dekabr 2025 21:12
Baxış: 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Qara dənizdə Ukrayna tərəfindən iki gəminin hədəfə alınması ilə bağlı açıqlama verib. Ərdoğan bu hadisəni ciddi narahatlıq doğuran məqam kimi dəyərləndirib.

Milli.Az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Qara dənizdə təhlükəsizlik hazırda risk altındadır və Türkiyə özünə məxsus iqtisadi zonada baş verən hücumları qəbul etməyəcək:

"Qara dənizdə gəmilərin vurulması narahatedicidir. İqtisadi zonamızda baş verən hücumları heç cür məqbul saymırıq. Bütün tərəflərə lazımi xəbərdarlıqları edirik."

Ərdoğan əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin son həftələrdə yeni mərhələyə keçməsi diqqətlə izlənilir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.