Kriminal

Zakir Sultanov vaxtından əvvəl azadığa buraxıldı

1 İyul 2024 17:59
Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov vaxtından əvvəl azadığa buraxılıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı şəhəri Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edib.

Qeyd olunub ki, qərar qəbul olunarkən Z. Sultanovun dəymiş ziyanı tam ödəməsi, cəzasnın çox hissəsinin çəkməsi, islah olunması və Cəzaçəkmə Müəssisənin müsbət rəyi əsas götürülüb.

Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdi.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfinfən onun dəyən ziyanı ödəməsi nəzərə alınmış, cəza müddəti 5 il 6 aya endirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.