Hava

İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ

3 İyul 2024 17:19
Baxış: 1 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Yağan yağışlardan sonra lokal aktivləşmələr baş verib və bir neçə yerdə sürüşmə hadisəsi qeydə alınıb".

Milli.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən 75,2-ci kilometrlik hissəsində fəsadlar müşahidə olunub.

N. Mahmudov əhaliyə çağırış edərək bildirib ki, növbəti günlərdə də bəzi bölgələrdə yağmurlu hava şəraiti, hətta intensiv xarakterli ola biləcəyi ilə bağlı vətəndaşlardan ehtiyatlı olmaları artıq dərəcədə xahiş olunur, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.