Maraqlı

Mamontların nəsli niyə tükənib? - Araşdırma

2 İyul 2024 07:20
Baxış: 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədqiqatçıların apardığı araşdırma zamanı mamontların təxminən 4 min il əvvəl "qeyri-genetik" səbəblərdən nəsli kəsildiyi məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir sıra alim latınca adı "mammuthus primigenius" olan mamontların nəslinin kəsilməsinin səbəblərini araşdırıb.

Araşdırma zamanı məlum olub ki, təxminən 10 min il əvvəl Vrangel adasında qapalı qalan və 4 min il əvvəl nəsli kəsilən mamontların nəslinin kəsilməsinin səbəbi heç də hər kəsin düşündüyü kimi qohumluq əlaqələri olmayıb.

21 mamontun genlərini kompüter vasitəsilə araşdıran tədqiqatçılar mamontların "qohumluq yolu ilə çoxaldığını" müəyyən ediblər.

Tədqiqatçılardan biri Love Dalen, "Biz indi onların genetik səbəblərə görə nəslinin kəsilməsi fikrini rədd edə bilərik", - deyə açıqlama verib.

O həmçinin deyib ki, tapıntılar mamontların təsadüfi bir hadisə nəticəsində yox olduqlarını göstərir. Əgər bu hadisə baş verməsəydi, mamontlar hələ də yaşayacaqdılar. Bu hadisənin nə olduğu barədə isə alimlərin hələ ki, dəqiq bir fikri yoxdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.