Türkiyə

Türkiyə İraqın şimalında əməliyyat keçirdi

4 İyul 2024 07:02
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Metina, Gara, Hakurk, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi 37 hədəfin hava əməliyyatları ilə məhv edildiyini bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatları zamanı içində məsul şəxslərin də olduğu mağara, bunker, sığınacaq, anbar və separatçı terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət 37 hədəfin məhv edildiyini bildirib.

Nazirlikdən verilən yazılı açıqlamada hava hücumunun özünümüdafiə hərəkatı çərçivəsində həyata keçirildiyi və hücum nəticəsində PKK/KCK və digər terror qruplaşmaları üzvlərinin məhv edildiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.