Şou-biznes

Rəqsanə əri Fazil Əmiraslanovdan AYRILIB?

21 Noyabr 2025 11:53
Baxış: 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanovdan ayrıldığı iddia olunur.

Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə azadlığa çıxan Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinə son qoyduğu bildirilir.

Məlumata əsasən, Rəqsanə həbsdə olduğu müddətdə Fazil Əmiraslanov ona heç bir dəstək göstərməyib və müğənninin borclarının ödənilməsinə də maraq nümayiş etdirməyib. Bütün bu məqamların tərəflər arasındakı münasibətlərin bitməsinə səbəb olduğu vurğulanır.

Rəqsanə İsmayılovanın həbsdən çıxdığı an lentə alınan görüntülərdə Fazilin görünməməsi, həmçinin qızı Aysunla paylaşımlarında da onun yer almaması diqqət çəkib.

Bütün bu nüanslar tərəflərin ayrıldığını ehtiva edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.