Ölkə

Lənkəranda ANİMAFİLM festivalı keçirilib - FOTO

21 Noyabr 2025 17:35
Baxış: 97
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə noyabrın 21-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində "ANİMAFİLM Lənkəranda" festivalı keçirilib.

Milli.Az xəbər verir ki, "ANİMAFİLM festivalı regionlarda" layihəsi çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Festivalda uşaqlara 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında nümayiş olunmuş "Tarix", "Həmişəyaşıl", "Narqız", "Pulun dili", "Soyuz Qraviton" animasiya filmləri ilə yanaşı, yeni "Yer və Ay", "Bum-bum" filmləri də təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqətlə yanaşı, həm də Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.