Keçmiş deputat Mehdiyevə aşiq imiş - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə sabiq millət vəkili, hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəyli barədə diqqətçəkən video yayılıb.
Milli.Az xəbər verir ki, paylaşılan görüntülərdə Gültəkin Hacıbəyli deputat olduğu dövrdə Ramiz Mehdiyev haqqında böyük sevgi və pərəstişlə danışır.
O, Ramiz Mehdiyevin əsl insan sərrafı olduğunu vurğulayır. Mehdiyev haqqında şövqlə danışan keçmiş deputat onu "dövlətə bağlı şəxs" kimi təqdim edir. Deyir ki, Ramiz Mehdiyevin içində bir həssas ürək var. Hətta o qədər irəli gedir ki, "Kim Ramiz Mehdiyevi tənqid edirsə, ya vətən xainidir, ya da xaini olacaq", - deyə vurğulayır.
Gültəkin Hacıbəyli çıxışında deyir ki, Ramiz Mehdiyevin nüfuzu və qorxusu olmasaydı, çoxları daha pis və xain addımlar atardı.
Hazırda ölkə xaricində yaşayan Gültəkin Hacıbəyli bir vaxtlar Mehdiyevə olan pərəstişini danır və tamamilə əks mövqe sərgiləyir.
Ölkə mediasında yayımlanmış məlumatlara görə Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri hələ uzun illər əvvələ gedib çıxır. Belə ki, G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Üzə çıxarılmış faktlardan görünür ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib. Məlumatlarda həmin evlərin ünvanları və fotoları da yer alıb. Araşdırmalarımız onu deməyə əsas verir ki, Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə təkcə Bakı şəhərində evlər hədiyyə etməklə kifayətlənməyib, ona bir vaxtlar deputatı olduğu Goranboy rayonunda da mal-mülk və hektarlarla torpaq sahibi olması üçün də geniş şərait yaradıb. Xatırladaq ki, Gültəkin Hacıbəyli deputat kimi məhz Goranboy rayonu 96 saylı Seçki Dairəsini təmsil edib.
Gültəkin Hacıbəyliyə əvvəlcə Goranboy rayonunda 58-ci məhəllə adlanan ərazidə 80 sot torpaq səhəsi ayrılıb. Sakinlər bildirirlər ki, sonra o, bu ərazini hissə-hissə satıb, özünə 16 sot saxlayıb. Həmin torpaq sahəsinin 8 sotu Gültəkin Hacıbəylinin bacısı Aytən Hacıyevanın adınadır, 8 sotu isə öz adınadır.
Gültəkin Hacıbəyliyə deputat olduğu illərdə təkcə torpaq sahələrinə sahiblənməsi ilə yanaşı, özünə biznes qurması üçün də şərait yaradılıb. Bu şərait də ona imkan verib ki, Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində böyük bir daş-gips karxanasına sahiblənsin.
Göründüyü kimi, bu gün günahsız mələk, insan hüquqlarının müdafiəçisi, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübariz obrazı yaratmış Gültəkin Hacıbəyli millətə vəkillik etməli olduğu illərdə ağsaqqalı Ramiz Mehdiyevin yaratdığı unikal şəraitdən yaralanaraq Goranboyda özünə əməlli-başlı səltənət qurub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi
-
“Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib!





