Şou-biznes

Prokurorluq Dilan Polat üçün 27 il həbs cəzası istədi

4 İyul 2024 07:15
Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan sosial media fenomeni Dilan Polat haqqında istintaq tamamlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Anadolu Baş Prokurorluğunda Dilan Polatın 27 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Bir neçə gün əvvəl isə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.