Ölkə

Azərbaycanda bu kənddən sakinlərin təxliyəsinə BAŞLANILDI - FOTO

29 İyun 2024 18:35
Baxış: 5 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunun Qoydan kəndində torpaq sürüşməsi nəticəsində sakinlərin təxliyəsinə başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə  Sfera.az-a İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir neçə gündür intensiv yağışlar nəticəsində rayonun Qoydan kənd ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.

Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə müvəqqəti məskunlaşmaq üçün xüsusi çadırlar verilməsinə baxmayaraq, artıq bu gündən FHN-in əməkdaşları sakinlərə kəndi dərhal tərk etməyi tövsiyə ediblər. Onların bir hissəsinin qohum evlərinə, bir hissəsinin isə kirayə mənzillərə köçürülməsi nəzərdə tutulur.

Hazırda kənddə təxliyə işləri davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.