Dünya

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi

1 İyul 2024 21:10
Baxış: 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astana şəhərində mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkə vətəndaşlarına müraciət edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Astana, Almatı, Qaraqanda və Kökşetau sakinlərinə xəbərdarlıq edilib ki, Astanaya sammit üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə, dörd şəhərdə terror təhlükəsi səviyyəsi "sarı"ya qaldırılır və sakinlər üçün bir sıra məhdudiyyətlər tətbiq edilir.

Qurumdan bildirilib ki, iyulun 2-5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və Çin Xalq Respublikası Sədrinin dövlət səfəri də daxil olmaqla, bir sıra mühüm beynəlxalq tədbirlər keçiriləcək.

Məlumata görə, antiterror əməliyyatlarının keçirilmə zonalarında fiziki şəxslərin və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Mühafizə olunan şəxslərin xüsusi marşrut üzrə hərəkət etdiyi ərazilərdə şəhər sərnişin nəqliyyatının hərəkəti dayandırılacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.