Texnologiya

Dünyanın ən güclü telefonu – Rəsmi buraxılış olmayıb

1 İyul 2024 21:20
Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən güclü smartfonu açıqlanıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hələlik bu telefon rəsmi buraxılmayıb. 

Məumata görə, sözügedən smartfon "Red Magic 9S Pro"dur.  Ən yüksək performansı ilə yanaşı, "Red Magic 9S Pro" batareyanın ömrünə görə digər flaqman telefonları geridə qoyacaq.

"Red Magic 9S Pro" flaqman smartfonunun rəsmi premyerası iyulun 3-də baş tutacaq. Premyeradan əvvəl qadcet artıq mobil seqmentdə yeni rekord performans səviyyəsinə yüksəlib.

Testlər göstərib ki, "Red Magic 9S Pro" 2,369,542 bal toplayıb. Müqayisə üçün qeyd edək ki, "Apple"ın ən yüksək səviyyəli smartfonu olan "iPhone 15 Pro Max" analoji testdə 1,64 milyondan çox bal toplamır.

Qeyd edildiyi kimi, bu nəticə sınaq zamanı 3,4 GHz-ə qədər tezlikdə işləyən "overclock" edilmiş Qualcomm Snapdragon 8 Gen 3 Leading Version (LV) çipsetinin sayəsində mümkün olub. Adi model üçün əsas Cortex-X4 nüvəsinin maksimum tezliyi 3,3 GHz-dən çox deyil. 

Telefon, həmçinin istiliyi effektiv şəkildə yayan turbinli aktiv soyutma sistemi, 24 GB LPDDR5X operativ yaddaş və 1 TB UFS 4.0 diski ilə təchiz edilib. Qurğu həm də avtonomiya baxımından digər flaqman telefonlardan üstün olacaq: batareya, rəsmi afişalara əsasən, 6500 mAh olacaq. 

"Red Magic 9S Pro"nun hansı qiymətə satılacağı və Avropada satışa çıxacağı isə hələlik məlum deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.