Dünya

Ermənistanda ordu oyunları başladı

1 İyul 2024 21:30
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 1-də Ermənistanın baş nazirinin himayəsi altında hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən ordu oyunları başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə atıcılıq, kvadratlon, kross və estafet yarışları keçiriləcək.

Oyunlarda müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, Milli Təhlükəsizlik Xidmətinin, Dövlət Gəlirləri Komitəsinin və digər idarələrin komandaları iştirak edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.