Saç tökülməsinə səbəb olan 9 mühüm faktor – xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər həm qadınlarda, həm də kişilərdə saç tökülməsi sürətlə artan problemlərdən birinə çevrilib. Dermatologiya üzrə mütəxəssis bildirir ki, saç tökülməsi təkcə genetik səbəblərlə deyil, həyat tərzi və ətraf mühit amilləri ilə də sıx şəkildə bağlıdır. Mütəxəssis saç tökülməsinə yol açan 9 əsas faktoru açıqlayıb.
Milli.Az xəbər verir ki, saçlar həm görünüşə təsir edən, həm də özünəinamı birbaşa gücləndirən mühüm estetik elementlərdən biridir. Sağlam insanda gündə 50-100 ədəd saç telinin tökülməsi normal hesab olunur. Lakin bu say artdıqda səbəbin müəyyən edilməsi və dermatoloqa müraciət vacibdir.
Mütəxəssislər xüsusilə müasir dövrdə qaçılmaz olan stresin saç tökülməsini artırdığını vurğulayır və aşağıdakı 9 mühüm amilin saç tökülməsində əsas rol oynadığını bildirir.
Ailədə erkən yaşda saç seyrəlməsi varsa, bu vəziyyət növbəti nəsildə də ortaya çıxa bilər. "Androgenetik alopesi" adlanan bu tip saç tökülməsi həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən səbəbdir.
Hamiləlik, doğuş sonrası dövr, menopauza və polikistik yumurtalıq sindromu hormonal dəyişikliklərə səbəb olaraq müvəqqəti və ya kalıcı saç tökülməsi yarada bilər. Hamiləlik sonrası tökülmə adətən bərpa olunur, lakin menopauza və PCO-da saçlar zamanla incələ bilər.
Gərginlik, kədər, narahatlıq və emosional dəyişikliklər saçın inkişaf dövrünü pozaraq sürətli tökülməyə səbəb ola bilər. Stresi azaltmaq üçün keyfiyyətli yuxu, gündəlik fiziki fəaliyyət, musiqi, təbiətdə vaxt keçirmək və lazım olduqda psixoloji dəstək tövsiyə edilir.
Hipotireoz, hipertireoz, şəkərli diabet və digər otoimmün xəstəliklər saç köklərini zəiflədərək tökülməyə səbəb ola bilər. Bəzən ümumi seyrəlmə, bəzən də saçqıran (alopesi areata) kimi formalar müşahidə olunur.
Balanssız qidalanma və demir, B12, folat, biotin, sink, selenyum kimi vitamin-mineralların çatışmazlığı saç sağlamlığını birbaşa zəiflədir. Saçın əsas tərkibi olan keratin yetərli qidalanma olmadıqda istehsal olunmur. Bu səbəbdən balanslı qidalanma və həkim məsləhəti ilə vitamin qəbul etmək vacibdir.
Tez arıqlamaq məqsədilə edilən sərt aclıq dietləri və ya tək tip qidalanma saç tökülməsini sürətləndirir. Dietə başlamadan əvvəl həkim və ya diyetoloqla məsləhətləşmək mütləqdir.
Bəzi dərmanlar hormon balansını və saç kökü dövrünü pozaraq tökülməyə səbəb ola bilər. Xüsusilə kimyaterapiya dərmanları, antidepressantlar və doğuşa nəzarət həbləri bu təsirlərə malikdir. Adətən müvəqqəti olsa da, bəzi hallarda qalıcı itkilər də mümkündür.
Tez-tez fen, ütü, kimyəvi prosedurlar, saçın çox sıx bağlanması və yüksək temperatur saç köklərini zəiflədir. Kimyəvi prosedurları azaltmaq, saç qurudan cihazları az istifadə etmək, yumşaq tarakdan istifadə etmək və təbii tərkibli məhsullara üstünlük vermək tövsiyə olunur.
Mantar, bakterial infeksiyalar, sedef və ekzema kimi xəstəliklər saçlı dəridə iltihab yaradır və saç köklərinin zəifləməsinə səbəb olur. Qaşınma, qızartı, pullanma kimi əlamətlər olduqda erkən müalicə saç tökülməsinin qarşısını ala bilər.
Vaxtında düzgün diaqnoz və müalicə saç tökülməsinin əksər hallarda qarşısını almağa kömək edir. Saçda seyrəlmə və ya güclü tökülmə müşahidə edilərsə, dermatoloqa müraciət etmək vacibdir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
“Sabah” “Vikinq”ə qarşı - Start heyətlər - Yenilənib
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
-
78 yaşlı müğənni 3-cü dəfə evləndi - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
-
Soyutma sistemlərinə kiberhücum təhlükəsi barədə xəbərdarlıq
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)





