Ölkə

Naxçıvanda Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edildi

1 İyul 2024 20:02
Baxış: 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən bir sıra qərarlar qəbul edilib.

Milli.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinet tərəfindən 1 iyul 2024-cü il tarixdə "Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Qərar qəbul edilib.

Bundan başqa, Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə "Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilib.

Həmçinin "Turist-eksursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli Qərarı ləğv edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.