Dünya

İtalyan biznesmen Moskvada oğurlandı

1 İyul 2024 21:01
Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya paytaxtında italyan biznesmenin oğurlanma anını əks etdirən görüntülər yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrları Moskva şəhəri üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi paylaşıb.

Dərc edilmiş videoda bir neçə nəfərin bir kişiyə hücum etdiyi və onu evin həyətində divara sıxdığı görünür.

Zərərçəkmiş Avropanın ən böyük texniki qaz istehsalçısı "SIAD" şirkətinin Rusiyadakı nümayəndəliyinin baş direktoru Stefano Guidottididir.

Bildirilir ki, cinayətkarlar 56 yaşlı biznesmenə hücum edərək, tapança ilə hədə-qorxu gəliblər və sonra avtomobillə Bryanska aparıblar. Qaçırılan şəxs orada bir sutkadan artıq saxlanılıb. S.Guidottidinin sözlərinə görə, həmin müddətdə onun başına torba keçirilib, əllərinə isə qandal vurulub.

İstintaqın məlumatına görə, artıq cinayətdə şübhəlilər tutulublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.