Dünya

“Bu, Putinə müharibəni davam etdirmək üçün əlavə stimul verir”

30 İyun 2024 17:10
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Almaniya kansleri Olaf Şoltsu Ukraynanı dəstəkləməkdə çox tərəddüd etməsinə görə tənqid edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "N-TV" ilə söhbətində Şoltsun siyasətinin onu sülh deyil, əbədi müharibənin kansleri etdiyini bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya silah verməkdə çox tərəddüd edir:

"Biz hamımız "Leopard" tankları ilə bağlı aylarla davam edən müzakirələri xatırlayırıq. İndi kansler "Taurus" uzaqmənzilli raketlərini təmin etməkdən imtina edir. Mən həqiqətən başa düşmürəm. Bu tərəddüdlər yalnız Putinə müharibəni davam etdirmək üçün əlavə stimul verir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.