Rusiya

Qalib gəlməsək, bizi yaşamağa qoymazlar - Rus oliqarx

30 İyun 2024 15:46
Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynaya genişmiqyaslı hücumdan şoka düşən rus oliqarxlar artıq yeni reallıqla barışıblar və qələbəyə ümid edirlər. Onların bir çoxu Vladimir Putinin Kiyevi ələ keçirənə qədər dayanmayacağını bildirirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Foreign Affairs" məlumat yayıb.

Bildirilib ki, Rusiya oliqarxlarının sonda Putinin tərəfini tutmasının bir neçə səbəbi var. Bunlardan biri repressiya altına düşmək qorxusudur. İkincisi, hər hansı bir müqavimətin perspektivsizliyini dərk etməkdir. Üçüncü və ən başlıcası isə Rusiyanın cəbhədə qalib gələ biləcəyinə inamdır.

"Qalib kimi təcrid edilmək pisdir, amma uduzan tərəf olmaq daha pisdir. Müharibədə qalib gəlməliyik. Əks halda onlar bizi yaşamağa qoymayacaqlar və təbii ki, Rusiya dağılacaq", - anonim rus oliqarx bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.