Dünya

Yeganə maneə HƏMAS-dır – Netanyahu

30 İyun 2024 16:41
Baxış: 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail ABŞ Prezidenti Co Baydenin təklif etdiyi Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsini nəzərdə tutan plana sadiq qalır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

"Girovlarımızı azad etmək kimi müqəddəs missiyaya gəlincə, İsrailin Prezident Baydenin dəstəklədiyi azadetmə planı ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Bu gün hamı sadə bir həqiqəti bilir: girovlarımızın azad edilməsinə yeganə maneə HƏMAS-dır. Diplomatik və hərbi təzyiqləri, xüsusən də sonuncuları birləşdirməklə biz onların hamısını - diri və ölü - 120 girovu geri qaytaracağıq", - Netanyahu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.