Dünya

Almaniyada təyyarə qəzası - xəsarət alanlar var - FOTO

14 Dekabr 2025 09:08
Baxış: 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Mannhaym şəhərində günorta saatlarında tək mühərrikli yüngül təyyarə yol hərəkətinin ortasında fövqəladə eniş edib. Diamond DA40 tipli təyyarə şəhərin əsas yanğınsöndürmə idarəsinin qarşısındakı yolda dayanıb.

Milli.Az xəbər verir ki, polisin verdiyi məlumata görə, təyyarədə olan üç nəfərin hamısı xəsarət alıb. 23 yaşlı pilot ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Təyyarədə olan 37 yaşlı kişi və pilotun 23 yaşlı həyat yoldaşı isə yüngül xəsarətlər alıblar.

Qeyd olunur ki, D-EBPZ qeydiyyat nişanlı təyyarənin zədələnməsinə baxmayaraq, hər iki sərnişin təyyarəni öz gücləri ilə tərk edə bilib və onlara yerində tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır. Şəhər daxilində baş verən fövqəladə eniş nəqliyyatın hərəkətində qısa müddətli çətinliklər yaratsa da, daha ciddi fəsadlar qeydə alınmayıb.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.