Dünya

Suriyada ABŞ hərbçilərinə silahlı hücum - Ölənlər var

13 Dekabr 2025 23:52
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyanın mərkəzində, Homs vilayətində yerləşən Palmira şəhəri yaxınlığında ABŞ Silahlı Qüvvələrinin iki hərbçisi və bir amerikalı mülki tərcüməçi öldürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib.

Onun sözlərinə görə, insident nəticəsində daha üç nəfər yaralanıb. Parnell bildirib ki, ABŞ hərbçiləri regionda "İslam dövləti" terror qruplaşmasına qarşı aparılan əməliyyatlara dəstək göstərirdilər. Hadisənin detalları açıqlanmayıb, faktla bağlı araşdırma aparılır.

ABŞ-ın müdafiə naziri Pit Heqset də sosial şəbəkədə paylaşım edərək hücumu həyata keçirən şəxsin tərəfdaş qüvvələr tərəfindən zərərsizləşdirildiyini bildirib.

O vurğulayıb ki, ABŞ hərbçilərinə dünyanın istənilən nöqtəsində hücum edənlər cavabsız qalmayacaq.

Bundan öncə Syria TV telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Palmira yaxınlığında baş verən atışma zamanı Suriyanın təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb, ABŞ ordusunun üç hərbçisi isə yaralanıb.

SANA agentliyinin məlumatına görə isə, silahlı şəxs patrul zamanı Suriya və ABŞ hərbçilərinə atəş açıb və hadisə yerində zərərsizləşdirilib.

Hücumun motivləri açıqlanmayıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.