Türkiyə

İzmirdə partlayış - 5 ölü - 63 yaralı - YENİLƏNİB - VİDEO

30 İyun 2024 18:58
Baxış: 1 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:58

İzmirdə baş verən partlayışda 5 nəfər ölüb, 63 nəfər yaralanıb.

Məlumata görə, partlayış nəticəsində ərazidə 10 binaya ziyan dəyib. Daxili işlər naziri Əli Yerlikaya partlayışla bağlı araşdırmalara başlanıldığını bildirib.


----------
17:51


Türkiyənin İzmir şəhərində Torbalı mahalının Ayrancılar səmtində bir binada təbii qaz partlayışı baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN Türk məlumat yayıb.

Torbalı Bələdiyyə Başçısı Övünç Dəmirin verdiyi son məlumata görə, partlayış nəticəsində 4 nəfər həyatını itirib.

Məlumata görə, yerli vaxtla saat 15:00 radələrində Ayrancılar məhəlləsi Barış Manço küçəsində yerləşən çörək sexində partlayış olub. Təbii qazın səbəb olduğu bildirilən partlayışda çox sayda insan yaralanıb. Xəbər üzərinə jandarma, sağlamlıq, xilasetmə və bağışlayan qruplar ünvana sövq edilib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.

--------
17:26


Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla 15:00 (Bakı vaxtı ilə 16:00) radələrində olub.

Olayda ölən üç nəfərlə yanaşı xeyli insanın yaralandığı bildirilir. Yerli KİV yaralı sayının azı 16 nəfər olduğunu bildirsə də, məlumat hələlik təsdiqini tapmayıb.

Partlayış səbəb qaz sızması olduğu güman edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.