Dünya

Suriyada türklərə qarşı şiddət: Ordu göndərildi

1 İyul 2024 22:49
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada qızmış kütlə türk əsgərlərə qarşı zorakılıq nümayiş etdirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntü paylaşılıb.

Belə ki, bir qrup nümayişçinin Türkiyənin Ağrının Cindərə bölgəsindəki hərbi bazasını mühasirəyə aldığı, bir sıra yerlərdə isə atışmaların olduğu bildirilir. Digər tərəfdən Əsədə bağlı qüvvələrin də fəallaşdığı haqqında məlumatlar var.

Həmçinin sərhəd-keçid məntəqəsində Türkiyəyə keçmək istəyən türklərə qarşı vəhşi hərəkətlər edilib.

Türkiyəni dəstəkləməyə gələn kütlənin isə yolda qarşısının kəsildiyi qeyd olunub. Orduya dəstək məqsədilə Suriyaya əlavə qüvvələr cəlb edilib.

Xatırladaq ki, hazırda Türkiyədə milyonlarla suriyalı qaçqın var və indiyədək onların şəraitinin yaxşılaşdırılması üçün on milyardlarla dollar xərc çəkilib.

Əvəzində isə Kayseridə suriyalı miqrant 6 yaşlı uşağa təcavüz edib. Buna cavab olaraq Kayseridə əhali ayağa qalxıb, qabaqlarına çıxan suriyalıların döyüb, onların ölkədən rədd olmasını tələb edirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.