Dünya

İsrail Livanın cənubunda əməliyyata hazırlaşır

1 İyul 2024 23:46
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail iyulun ikinci yarısında Livanın cənubunda "Hizbullah"a qarşı quru əməliyyatına başlaya bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti diplomatik dairələrdəki mənbələrə istinadən yazıb.

Bildirilir ki, İsrail quru əməliyyatına iyulun üçüncü və ya dördüncü həftəsində başlayacaq. Nəşr xatırladıb ki, bundan əvvəl bir neçə dövlət öz vətəndaşlarını vəziyyətin daha da gərginləşməsi və münaqişənin genişlənməsi ehtimalına görə dərhal Livanı tərk etməyə çağırıb.

İyunun ortalarında İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Belə ki, İsrail Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına qarşı əməliyyatdan sonra eyni vaxtda "Hizbullah" hərəkatına zərbələr endirməyi planlaşdırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.