İdman

Adil Nağıyevə 5 illik şərti cəza verildi

12 Dekabr 2025 20:44
Baxış: 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şamaxı"nın sabiq müdafiəçisi, oyun alqı-satqısında ittiham olunan Adil Nağıyev məhkəmə qarşısına çıxarılıb.

Milli.Az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 5 il azadlıqdan məhrum edilib. 

Amma ona 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub. 

A.Nağıyev Azərbaycan Premyer Liqası çərçivəsində baş tutan "Şamaxı" - "Kəpəz" və ötən mövsüm Azərbaycan Kubokunun 1/8 finalında keçirilmiş "Zirə" - "Şamaxı" matçlarının nəticəsini manipuliyasiya etməkdə günahlandırılıb. 

Həmin oyunlarda o, komandasının məğlubiyyətinə mərc edib. Bunda isə A.Nağıyevə komanda yoldaşı Georgi Kantariya köməklik göstərib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.