İdman

Avropa çempionatının qalibi: Əziyyətimiz öz bəhrəsini verdi

2 İyul 2024 00:10
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq. Əziyyətimiz öz bəhrəsini verdi".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatının 51 kq çəki dərəcəsində qızıl medal qazanan Muhamməd İsmayılov bildirib.

"Şəxsi məşqçim Allahverdi Vəliyev və digərlərinə təşəkkürümü bildirirəm. Onların da əməyi danılmazdır. Hər bir görüşümü rahat şəkildə keçirdim. Yarımfinaldakı rəqibim bir qədər çətinlik yaratdı. Qarşıda bizi dünya çempionatı yarışı gözləyir. Mundialda da eyni nəticəni təkrarlayacağıma inanıram", - güləşçi deyib.

Qeyd edək ki, yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayaraq Avropa çempionu olub. Türkiyə (119) isə üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.