Erojen zonalar necə formalaşır? - Seksoloqdan açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erojen zonalar adətən dərinin daha nazik və sinir uclarının daha çox olduğu bədən hissələrində yerləşir, lakin bəzən bu zonalar gözlənilməz yerlərdə də meydana çıxa bilər. Onların formalaşması isə insan həyatının ilk ilindən başlayır və valideynlərin uşaqla necə təmasda olmasından asılıdır.
Milli.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna"ya verdiyi müsahibədə ukraynalı seksoloq və psixoloq Svyatoslava Fedorets məlumat verib.
Erojen zonalar necə yaranır?
Adətən, təbiət erojen zonaları dərinin daha həssas və sinir ucları ilə zəngin sahələrində yaradır. Lakin bəzi hallarda bu zonalar daha qeyri-adi yerlərdə də formalaşa bilir.
Fedorets klinik təcrübələrdən misallar çəkərək bildirib ki, bəzi qadınlarda başın tüklü hissəsinə toxunmaq, digərlərində isə belin altına masaj orgasm hissi yarada bilər.
"Gender bərabərliyi naminə bir kişi haqqında da klinik nümunə paylaşım: o, dizdən aşağı ayaqlarına soyuq su tökməklə orgasm yaşayırdı", - deyə ekspert bildirib.
Uşaqlıqda toxunmanın əhəmiyyəti
Fedoretsin sözlərinə görə, erojen zonaların formalaşması insan həyatının ilk ilində baş verir. Bu dövrdə valideynlərin uşaqlarla "dəriyə dəri təması" (skin-to-skin contact) qurması mühüm rol oynayır. Bu, uşağa bağlılıq, təhlükəsizlik və qəbul olunduğunu hiss etdirir.
Ekspert qeyd edir ki, bu təhlükəsizlik hissi gələcəkdə sağlam münasibətlərin qurulması və seksual həyatdan zövq almaq qabiliyyətinə birbaşa təsir edir.
Uşağın bədəninə münasibətdə düzgün yanaşma vacibdir
Seksoloq xəbərdarlıq edir ki, uşağın cinsiyyət orqanlarına toxunmasına görə onu danlamaq, mənfi reaksiya göstərmək yolverilməzdir.
"Bədənin bütün hissələri vacibdir, cinsiyyət orqanları da həmçinin. Əgər valideynlər bu davranışa neqativ yanaşırsa, uşaqda bu hissənin "çirkli" və ya "pis" olduğuna dair dərin və şüursuz bir inanc formalaşır. Bu da sonradan onların rahatlamasına, yaxınlığı qəbul etməsinə və hətta həkimə müraciət etməsinə mane ola bilər", - deyə Fedorets izah edir.
O, vurğulayır ki, uşaqlıqda formalaşan utanc və mənfi münasibətlər təkcə emosional vəziyyətə deyil, eyni zamanda fiziki sağlamlığa da təsir göstərə bilər və gələcəkdə zövq alma qabiliyyətini məhdudlaşdıra bilər.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub





