Qoroskop

Gözlənilməz var-dövlət gəlir: Avqustun sonuna kimi varlanacaq bürclər

16 Avqust 2025 09:13
Baxış: 554
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-ci ilin avqust ayının sonu bəzi bürclər üçün maliyyə baxımından əsl sıçrayış dövrü ola bilər.

Milli.Az xəbər verir ki, astoloqlar gözlənilməz gəlir, yeni qazanc imkanları və pul bonusları vəd edirlər.

Bəs maliyyə baxımından bəxti gətirəcək bürclər hansılardır?

Xərçəng

Xərçənglər üçün avqustun sonu maliyyə sabitliyi və artım dövrü olacaq. İyul ayında Merkuri maliyyə məsələlərini ləngitsə də, avqustun 25-dən etibarən səhnəyə Venera çıxır. Onun Şir bürcünə keçməsi son həftələrdəki əziyyətlərinizin mükafatlandırılacağını vəd edir.

Əlavə qazanc mənbəyi və ya artıq unutduğunuz borcların geri qaytarılması ehtimalı var.

Xidmət sahəsində və ya müştərilərlə işləyənlər üçün uğur yaxındadır. Etibarlı münasibətlər qurmaq bacarığınız sizə qazanc gətirəcək. Əsas məsələ maaş artımı və ya yeni imkanlar istəməkdən çəkinməməkdir.

Şir

Avqustun 22-dən etibarən Qız bürcü dövrü başlayır və bu dövr sizin maliyyə uğuru və bolluq evinizdə baş verir. Bu zaman həm pul, həm də fürsətləri cəlb etmək mümkün olacaq. Üstəlik, avqustun 23-də Qız bürcündə baş verəcək Yeni Ay yeni maliyyə təşəbbüsləri üçün qapılar açacaq.

Şir bürclərini gözlənilməz pul gəlirləri gözləyir. Bu, bonus, sərfəli təklif və ya hətta pul hədiyyəsi ola bilər.

Sizin fəallığınız və özünüzə inamınız təsirli şəxslərin diqqətini çəkəcək və onlar sizin ideyalarınıza sərmayə qoymağa və ya layihənizə dəstək olmağa hazır ola bilərlər.

Bu, maliyyə sıçrayışı üçün əla zamandır, çünki ulduzlar sizin tərəfinizdədir. Lakin düşünülməmiş xərclərdən uzaq durun daha yaxşısı, bu gəliri inkişafınıza və ya təhsilə yönəldin.

Qız

Qız bürcləri üçün avqust ayı ağıllı qərarlar və dəqiq hesablamalar ayıdır, bu isə maddi qazanc deməkdir.

Ayın əvvəlindən etibarən Marsın Tərəzi bürcünə keçməsi ilə yəni sizin maliyyə sektorunuzu idarə edən bürcə  artıq gəlirlərinizdə artım hiss edə bilərsiniz.

Bundan əlavə, xərcləri optimallaşdırmağın, sərfəli razılaşma bağlamağın və ya uzun müddətdir gözləyən bir ideyanı həyata keçirməyin yollarını tapa bilərsiniz.

Təhsil, məsləhətçilik və ya frilans fəaliyyəti ilə bağlı maliyyə məsələləri xüsusilə uğurlu ola bilər. Ayın sonunda isə sizi xoş bir sürpriz əhəmiyyətli gəlir artımı və ya gözlənilməz qazanc gözləyə bilər.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.