Cəmiyyət

Vidadi Babanlının dəfn yeri məlum oldu - YENİLƏNİB

16 Avqust 2025 20:04
Baxış: 3 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:04

Yazıçı Vidadi Babanlı sabah Qazax rayonunun Şıxlı kəndində ailə qəbiristanlığında dəfn ediləcək.

Bu barədə APA-ya yazıçının qızı Leyli Babanlı məlumat verib.

O bildirib ki, bu, atasının vəsiyyəti olub.

------------
15:42

"Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, "Şərəf" ordenli yazıçı Vidadi Babanlı bu gün vəfat edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Vidadi Babanlı sabah dəfn olunacaq.

Dəfn yeri hələ müəyyənləşməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.