20:04
Yazıçı Vidadi Babanlı sabah Qazax rayonunun Şıxlı kəndində ailə qəbiristanlığında dəfn ediləcək.
Bu barədə APA-ya yazıçının qızı Leyli Babanlı məlumat verib.
O bildirib ki, bu, atasının vəsiyyəti olub.
------------
15:42
"Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, "Şərəf" ordenli yazıçı Vidadi Babanlı bu gün vəfat edib.
Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Vidadi Babanlı sabah dəfn olunacaq.
Dəfn yeri hələ müəyyənləşməyib.
Milli.Az