Bu ölkə bir neçə ilə tamamilə yox olacaq - Dünya xəritəsi DƏYİŞƏCƏK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sakit okeandakı kiçik ada dövləti Tuvalu ciddi iqlim fəlakəti ilə üzləşdiyi üçün dünyanın xəritəsini həmişəlik dəyişdirə bilər. Ölkə əhalisi həyatlarını, mədəniyyətlərini və milli kimliklərini qorumaq üçün kütləvi köçməyə hazırlaşır.
Milli.Az xəbər verir ki, hazırda təxminən 11 min insanın yaşadığı Tuvalu, rəsmi olaraq planetin ən kiçik ölkələrindən biridir. Müasir şəraitdə okean səviyyəsinin kəskin yüksəlməsi onların ərazisinin mövcudluğunu təhdid etdiyindən, Tuvalu eyni zamanda dünyanın ən həssas ölkələrindən biri hesab olunur.
Tuvalu cəmi doqquz mərcan atolundan ibarətdir və ümumi sahəsi təxminən 26 kvadrat kilometrdir. Eyni zamanda, ölkənin əsas adası Funafuti dəniz səviyyəsindən cəmi 50 santimetr hündürlükdə yerləşir. Bu isə o deməkdir ki, hətta orta güclü fırtınalar və ya yüksək qabarma belə genişmiqyaslı su basmalarına səbəb ola bilər.
Proqnozlar ürəkaçan deyil
Alimlər həyəcan təbili çalır: son 30 il ərzində Tuvalu ətrafında suyun səviyyəsi sürətlə qalxır. Bu müddət ərzində o, 15 santimetr yüksəlib ki, bu da dünya üzrə orta göstəricidən 1,5 dəfə daha sürətlidir.
Tədqiqatçıların proqnozlarına görə, artıq 2050-ci ilə qədər adanın üzərini su basacaq. Həmin vaxta qədər paytaxtın yarıdan çoxu sular altında qala bilər.
Əsrin sonuna qədər isə alimlərin hesablamalarına əsasən, Tuvalunun hazırda əhatə etdiyi ərazinin 95%-ə qədərinin okean səviyyəsinin sürətlə qalxması nəticəsində tamamilə su altında qalma ehtimalı var.
Misilsiz köçürülməyə hazırlıq
Alimlərin xəbərdarlığını aldıqdan sonra Tuvalu hakimiyyəti ölkə əhalisinin planlı şəkildə köçürülməsi üzrə genişmiqyaslı əməliyyata başlayıb. 2023-cü ildə hökumət Avstraliya ilə yenilikçi Faleipili İttifaqı Müqaviləsini imzalayıb. Bu sənədə əsasən, hər il 280 Tuvalu vətəndaşı materikdə daimi yaşayış icazəsi ala bilər.
Yaxınlaşan fəlakətdən narahat olan vətəndaşlar artıq 2025-ci ilin iyul ayına qədər 8700-dən çox müraciət təqdim ediblər ki, bu da ölkə əhalisinin 82%-nə bərabərdir.
Qeyd olunur ki, bu insanlar Avstraliya vətəndaşları kimi işləmək, təhsil almaq və tibbi yardım əldə etmək hüququna sahib olacaqlar. Əgər bu tendensiya davam edərsə, artıq dörd ildən sonra Tuvalunun bütün əhalisi ölkəni tərk etməyə məcbur olacaq.
Xarici KİV-in yazdığına görə, bu, dünya tarixində bütün bir millətin iqlim dəyişikliyi səbəbindən öz ərazisini tərk etməyə məcbur qalacağı ilk hal olacaq. /lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var
-
Milli Qəhrəman vəfat etdi
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi





