ABŞ F-22 döyüş təyyarələri Putinin təyyarəsini müşayiət edib.
Milli.Az bildirir ki, görüntüləri Kremlin mətbuat xidməti yayıb.
Putinin təyyarəsinin ABŞ ərazisindən Rusiyaya qayıdışı zamanı F-22 döyüş təyyarələrinin müşayiət etdiyini göstərən videolar yayıb.
Qeyd edək ki, 15 avqustda Putin və Tramp Alyaskada görüş keçirib. Tərəflər xarici siyasət idarələrinin rəhbərləri və köməkçilərinin iştirakı ilə təxminən üç saat danışıb, əsas mövzulardan biri Ukrayna münaqişəsi olub.
ABŞ lideri bildirib ki, danışıqlar zamanı Ukraynada sülh yolu ilə həll əldə etmək mümkün olmayıb, lakin gələcəkdə bu istiqamətdə əhəmiyyətli imkanlar mövcuddur. Putin isə Ukrayna konfliktini mümkün qədər tez başa çatdırmaq niyyətini açıqlayıb.
İsmayıl
Milli.Az