Dünya

Tramp: Rusiyaya qarşı yeni sanksiyalara ehtiyac görmürəm

16 Avqust 2025 10:17
Baxış: 506
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın zamanda Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi gündəmdə deyil.

Milli.Az xəbər verir ki, o, bu barədə  "Fox News" telekanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada keçirilən görüş konstruktiv və müsbət atmosferdə keçib.

"Hazırkı vəziyyəti nəzərə alaraq, düşünürəm ki, əlavə sanksiyalar barədə düşünmək üçün səbəb yoxdur. Görüş olduqca uğurlu alındı", - deyə Tramp vurğulayıb.

Lakin ABŞ prezidenti bu mövzunun gələcəkdə yenidən gündəmə gələ biləcəyini də istisna etməyib.

"Ola bilər ki, iki-üç həftə sonra vəziyyət dəyişsin və bu məsələyə yenidən baxmalı olum. Amma indiki mərhələdə belə bir ehtiyac görmürəm", - Tramp əlavə edib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.