Dünya

Yolda tapdığı lələk sayəsində zəngin oldu

15 Avqust 2025 20:05
Baxış: 492
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yeni Zelandiyada təsadüfən tapılan və araşdırma nəticəsində nəsli kəsilmiş huia quşuna aid olduğu müəyyən edilən lələk hərracda rekord qiymətə satılıb.

Milli.Az xəbər verir ki, hərracda təqdim olunan, ölçüləri 205x45 mm olan tük 28 min 417 Yeni Zelandiya dollarına alıcı taparaq "dünyanın ən bahalı tükü" adına sahib olub.

Böyük, qara rəngli ötücü quşlar kimi tanınan huia növü sonuncu dəfə 1907-ci ildə görülüb.

Bir zamanlar populyasiyası təxminən 89 minə çatan bu quşlar, yırtıcı heyvanların hücumları və insanların ovlaması nəticəsində yoxa çıxıb. Onların ovlanmasının əsas səbəblərindən biri həm kolleksiyaçılar, həm də moda tacirləri üçün yüksək dəyərə sahib olması idi.

Huia tükləri Yeni Zelandiyanın yerli Maori xalqı üçün müqəddəs sayılır, ən yüksək rütbəli şəxslərin baş geyimlərində qürurla nümayiş etdirilirdi.

Hərracda tükün 3 min dollara qədər satılması proqnozlaşdırılsa da, qiymət təxminən 10 dəfə artaraq rekord vurub. Beləliklə, lələyi yolda tapan şəxsi varlandırıb.

Çəkisi təxminən 9 qram olan huia tükü, qram dəyərinə görə qızıldan belə baha qiymətləndirilib. Onun dəyəri, hazırkı qram qızıl qiymətini geridə qoyub. (unikal.az)
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.