Dünya

Pakistanda helikopter qəzası - Ölənlər var

15 Avqust 2025 20:32
Baxış: 337
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əyalət naziri Əli Əmin Qandapur qəza zamanı ikisi pilot olmaqla 5 nəfərin həlak olduğunu bildirib. 

Vilayətin baş katibi Şahab Əli Şahın sözlərinə görə, "Mi-17" helikopteri pis hava şəraiti səbəbindən qəzaya uğrayıb.

Bildirilib ki, helikopter Bəcaurun yağışdan zərər çəkmiş bölgələri üçün humanitar yardım aparırmış.

İlkin məlumatlara görə, təyyarə Peşəvərdən Bəcaura qalxıb və Mohmand qəbilə dairəsi üzərində onunla əlaqə kəsilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.