“Qusarda 400 manat, Moskvada 100 dollar” - Kimisi dincəlir, kimisi isə…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümü gəlib çatdıqda məşhurların istirahət marşrutları da izləyicilərin marağına səbəb olur. Kimisi dincəlmək üçün xaricə üz tutur, kimisi isə ölkə daxilindəki gözəl guşələri seçir. Bəziləri möhtəşəm fotolar və videolarla tətilini nümayiş etdirərək gündəm olur, digərləri isə iş qrafikinin sıxlığı səbəbindən istirahətə vaxt ayıra bilmir.
Milli.Az yenisabah.az-a istinadən tanınmış simaların yay tətili planları və seçdikləri məkanlarla bağlı maraqlı açıqlamalarını təqdim edir.
Əməkdar artist Təyyar Bayramov bildirib ki, hələlik istirahətə vaxt ayıra bilməyib: pizza mizza
"Hələ ki, tətilə çıxmamışıq. Başımız qarışıb Heydər Əliyev fondunun dəstəyi ilə həyata keçirilən Muğam müsabiqəsinə. 3-4 aydır ki, bu müsabiqə ilə məşğulam. Orada tələbələrimiz var. Bu ayın 25-i Laçında final mərhələsi keçiriləcək. Ona görə də hələ ki, istirahətə vaxt ayıra bilməmişik. Müsabiqə bitəndən sonra bəlkə bu haqda nəsə düşünə bilərik".
Müğənni Mənzurə Musayeva isə tətil üçün Türkiyə və Moskvaya getdiyini bildirib:
"Tətilimiz artıq bitib. Hazırda iş başındayıq, amma iki dəfə ölkə xaricində olduq. Bir dəfə də nəvələrim və övladlarım ilə rayonda istirahətə yollandıq. Tətil günlərində Türkiyə və Moskvada oldum. Qiymətlər xaricdə daha sərfəlidir. Məsələn, Qusarda otelin bir gecəsi 400 manatdırsa, Türkiyədə 150 dollar, Moskvada isə 100 dollardır. Ona görə də bölgələrimizdə dincəlmək büdcə olaraq sərf etmir".
Aşıq Zülfiyyə tətildə dincələ bilmədiyini və toylarda iştirak etdiyini qeyd edib:
"Heç dincələ bilmədim. Toylarımız çox oldu. Bir az da işlərlə bağlı problemlər yaşadıq. Tətil bitməmiş bir həftəlik də olsa, Tovuza getməyi düşünürəm. Mənimçün dünyanın ən gözəl guşəsi oradır. Özümü orada çox rahat hiss edirəm. Ölkə xaricinə çıxmağı isə düşünmürəm.
Əməkdar artist İlkin Əhmədov tətil günlərini Şamaxıda keçirdiyini deyib:
"Yay istirahətində Şamaxıda və Bakıda oldum. Başqa getdiyim bir yer olmadı. Şamaxıda qohumumuzun evi var, orada dincəldik. Otellərə getmədiyim üçün qiymətlərdən xəbərim yoxdur. Ölkə xaricinə çıxmağı da düşünmürəm. Hələlik elə bir planım yoxdur. Olsa belə, gərək öncədən qərarlaşdıraq. İnşallah yaxın gələcəkdə qiymətlər hər kəs üçün münasib olar, insanlar da büdclərinə uyğun şəkildə tətilin dadını çıxarda bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”





