Dünya

Ümidini itirmişdi - İtmiş pul qabı 11 il sonra görün haradan tapıldı - FOTO

15 Avqust 2025 21:16
Baxış: 602
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-li Richard Guilfordun 2014-cü ildə Ford zavodunda itirdiyi cüzdan, 10 il sonra bir usta tərəfindən avtomobil mühərrikində tapılıb. Guilford, pul qabının uzun səyahətini "inanılmaz" adlandıraraq onu evində vitrində saxlayacağını bildirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-də Richard Guilford, 2014-cü ildə Ford zavodunda avtomobil yığımı edərkən cüzdanını itirib. İş yoldaşları ilə birlikdə onlarla avtomobili və iş yerini axtarmasına baxmayaraq, cüzdan tapılmayıb. Guilford illər boyu ondan heç bir xəbər ala bilməyib.

Keçən ay Minnesota ştatının Lake Crystal şəhərində usta Chad Volk, bir müştərinin avtomobilinə texniki xidmət göstərərkən mühərrik ilə hava filtri qutusu arasına sıxışmış bir cüzdan tapıb. İçindəki sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi vasitəsilə sahibini müəyyən edən Volk, Facebook üzərindən Guilforda çatıb.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.