Maraqlı

Bu köhnə telefonu 20 min manata sata bilərsiniz - FOTO

15 Avqust 2025 17:26
Baxış: 548
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dəyərsiz hesab etdiyiniz köhnə mobil telefonlarınız sizə xeyli pul qazandıra bilər. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1983-cü ildə təsdiq edilmiş və bir il sonra buraxılan köhnə "Motorola" modeli hazırda kolleksiyaçılar arasında məşhurdur. 

Belə ki, smartfonların gündəlik həyatımızda istifadə etdiyimiz əsas əşyaya çevrildiyi bir vaxtda köhnə düyməli telefonlar yenidən marağa səbəb olub. 

Məsələn, 2000 avroya (təxminən 3 965 manat) satıla bilən "Motorola DynaTAC 8000X" ilk kütləvi istehsal olunan mobil telefon kimi texnologiya tarixində xüsusi yer tutur. Təxminən 25 sm uzunluğunda və 1,1 kq ağırlığında olan cihaz, 10 saat doldurma müddətli tam enerji ilə cəmi 30 dəqiqə danışıq və 8 saat gözləmə müddəti təklif edirdi. Cihaz geniş araşdırma və təkmilləşdirmə nəticəsində daşınması çətin olmasına baxmayaraq, "kərpic telefon" ləqəbini qazanacaq davamlılığa və estetikaya sahib idi.

1973-cü ildə Martin Kuper bu modelin prototipi ilə edilən ilk analoq mobil zənglə mobil rabitə dövrünü açmışdı. 

1984-cü ildə onun pərakəndə satış qiyməti 3995 dollar (6 791 manat) idisə, bu gün təxminən 11500 dollara (19 550 manat) bərabər qiymətləndirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.