Dünya

Putindən əvvəl Alyaskaya gedən Lavrovun geyimi diqqət çəkdi - Görün paltarında nə yazılıb - VİDEO

15 Avqust 2025 09:58
Baxış: 1 704
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankoricdəki ( Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının ən böyük şəhəri ) otelə üzərində "SSRİ" yazısı olan paltarda gəlib.

Milli.Az bildirir ki, kadrları "İzvestiya"nın Telegram kanalı yayıb.

Videoda nazirin ağ tişörtlə vtomobildən düşdüyü, sviterin altındakı yazının isə böyük ehtimalla "SSRİ" olduğu görünür.

Jurnalistlərin onun Alyaskada əvvəllər olub-olmadığı sualına Lavrov "bəli" cavabını verib. O, tədbir öncəsi həyəcan yaşamadığını da vurğulayıb.

Qeyd edək ki, bugün Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada görüş keçirəcək. Əsas mövzu Ukraynada sülh olacaq.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.