İdman

Arda Turana UEFA-dan intizam işi: Hakimi təhqir etdi, fiziki təzyiq göstərdi - FOTO

15 Avqust 2025 17:09
Baxış: 446
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Avrokubok matçlarından birində baş verən insidentə görə "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turana qarşı intizam tədbirləri görəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, qurumun İntizam Komitəsi baş məşqçi ilə bağlı yekun qərarını yaxın günlərdə elan edəcək.

Hadisə "Şaxtyor Donetsk" - "Panatinaikos" qarşılaşmasının 82-ci dəqiqəsində baş verib. Görüşün baş hakimi Daniel Zibert, Ukrayna klubunun futbolçusu Oleq Oçeretkoya birbaşa qırmızı vərəqə göstərib. Qərardan narazı qalan Arda Turan hakimin üstünə gedərək ağılasığmaz şəkildə etiraz edib, onu sözlü şəkildə təhqir edib və fiziki təzyiq göstərib.

Hakim Turana qırmızı vərəqə göstərərək texniki zonadan kənarlaşdırıb. Lakin bu qərar baş məşqçinin qəzəbini daha da artırıb. O, hakimin üzərinə hücum çəkib. "Şaxtyor"un texniki heyət üzvlərindən biri araya girərək vəziyyətin böyüməsinin qarşısını alıb.

Qarşılaşma penaltilərlə həll olunub

Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. İlk oyun da eyni hesabla nəticələndiyi üçün qalibi penaltilər seriyası müəyyən edib. Həlledici zərbələrdə daha dəqiq oynayan "Panatinaikos" (4:3) mərhələ adlayan tərəf olub.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.