ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə keçiriləcək sammitdə iştirak etmək üçün Vaşinqtondan Alyaskaya yola düşüb.
Milli.Az xəbər verir ki, bu barədə prezidentin köməkçisi Den Skavino sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, Trampın olduğu təyyarə Endryus hərbi bazasından havaya qalxıb və Ankoricə istiqamət alıb.
Qeyd edək ki, bu gün Alyaska ştatının Ankoric şəhərində ABŞ və Rusiya prezidentləri arasında yüksək səviyyəli görüş baş tutacaq.
Kənan
Milli.Az