İdman

Konfrans Liqası: "Omoniya” “Araz-Naxçıvan”ı darmadağın etdi

14 Avqust 2025 23:30
Baxış: 371
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Azərbaycan təmsilçilərindən "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində növbəti matçına çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Elmar Baxşıyevin yetirmələri səfərdə "Omoniya"nın qonağı olublar.

Görüş "Nikosiya Stadionu"nda baş tutub. Meydan sahibləri 5 qol vuraraq, böyükhesablı qələbə qazanıb. Bununla da, təmsilçimiz avrokuboklarda mübarizəni dayandırıb.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Kipr təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.