Qadınlar niyə kişilərlə müqayisədə daha tez-tez insult keçirir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qadınların kişilərlə müqayisədə daha tez-tez insult keçirməsinin səbəbi məlum olub.
Milli.Az xəbər verir ki, insult hələ də dünyada əlilliyin əsas səbəblərindən biridir və getdikcə yalnız yaşlılara deyil, həm də həyatının ən aktiv dövrlərində olan gənc qadınlara daha çox təsir edir.
Məlumata görə, hər il təxminən 55 min qadın kişilərdən daha çox insult keçirir. Araşdırmalar göstərir ki, bioloji, hormonal dəyişikliklər və sosial faktorlar qadınlarda xüsusi risklər yaradır.
Qadınlarda riskin əsas mexanizmlərindən biri hamiləliklə bağlıdır. Qestasion hipertoniya və preeklampsiya kimi vəziyyətlər qan təzyiqinin yüksəlməsinə və daxili orqanların zədələnməsinə səbəb olur. Bu, həm hamiləlik zamanı, həm də sonrakı illərdə insult riskini artırır, çünki yüksək təzyiq beyni qidalandıran damarları zədələyir.
Hamiləlik və doğuş sonrası insultlara xüsusi diqqət yetirilir. Hamilə və yeni doğan qadınlar yaş qrupundakı digər qadınlara nisbətən üç dəfə daha çox insult keçirir.
Diaqnostika da mürəkkəbliyi artırır. Qadınlarda insult zamanı baş ağrısı, ürəkbulanma, yorğunluq, çaşqınlıq daha çox müşahidə olunur, bu da həkimlərin vəziyyəti miqren, narahatlıq və ya stress kimi qəbul etməsinə səbəb olur. Bu, müalicənin nəticəsini müəyyən edən vaxtın itirilməsinə gətirib çıxarır. Subaraknoid qanaxma yəni, insultun ağır forması, birdən baş verən güclü baş ağrısı ilə özünü göstərir və qadınlarda daha çox rast gəlinir ki, bunu estrogenin azalması və baş beynin arteriyalarının zəifləməsi ilə əlaqələndirirlər.
Buna baxmayaraq, qadınlarda xüsusilə rast gəlinən insult riskləri hələ də tam öyrənilməyib. Qadınlar klinik tədqiqatlarda hələ də kifayət qədər təmsil olunmur, bu da diaqnostik və terapevtik yanaşmaların tez-tez kişilərin fiziologiyası əsasında formalaşmasına səbəb olur.
Ekspertlər vurğulayırlar ki, vəziyyəti yaxşılaşdırmaq yalnız qadın orqanizminin müxtəlif həyat mərhələlərinə uyğun profilaktik proqramların yaradılması ilə mümkündür. Erkən diaqnostika, simptomlar barədə məlumatlılıq və fərdi yanaşma insultun qlobal yükünü əhəmiyyətli dərəcədə azalda və ölüm və əlillikdə gender fərqini azaltmağa kömək edə bilər.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
-
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar
-
Səyahət edənlər daha çox yaşayırlar
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Həkim məsləhəti olmadan verilən vitamin uşağı xəstəxanalıq etdi - (Video/Foto)
-
Yuxu üçün ideal otaq temperaturu neçədir?
XƏBƏR LENTİ
-
Keyndən rekord
-
Ukraynada həlak olan Fatimənin atası: "Ürəyim yanır"
-
Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq
-
Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk (Video)
-
Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər
-
Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib (Video)
-
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
-
Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq (Video)
-
Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib (Video)
-
İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır (Video)
-
Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var
-
Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir (Video)
-
İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür (Video)
-
Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır (Video)
-
Göldə boğulan Sevda Nəbiyeva həkim imiş
-
Prezident: Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk (Video)
-
İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik (Video)
-
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər (Foto)
-
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
-
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub (Foto/Video)
-
“Ağalarına itaət etməsələr, İran onlara dərs verəcək”
-
Rafat Qaraqurbanlı yeni vəzifəyə təyin edildi
-
Edin Dzeko bir işarəsi ilə bütün komandanı susdurdu (Video)
-
Məcburi köçkünlərin evləri pulsuz təmir olunacaq





