Köhnə tikililər söküləcək, yeni binalar inşa ediləcək - Baş planın detalları - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.
Bu barədə Milli.Az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Baş plan Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılması, kənd təsərrüfatı torpaqlarının qorunması və tarixi kimliyin saxlanmasını hədəfləyir.
"Tovuz rayonunun ərazisində yerləşən Qovlar şəhəri 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.
Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 m²-dən 25 m²-yə qədər yüksələcək. Ümumilikdə 192 min m² yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min m²-i birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.
Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi də planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.
Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Küçə-yol infrastrukturunun inkişafı da planda öz əksini tapıb. Bu məqsədlə küçə və yol şəbəkəsinin ümumi uzunluğu 107 kilometrə çatdırılacaq. Layihələndirmə zamanı şəhərin bütün məhəllələrinin xidmət sahələrinə bərabər çıxış imkanı təmin ediləcək. İlk mərhələdə 5 kilometrdən artıq velosiped yollarının salınması nəzərdə tutulur. Bu isə gələcəkdə velosiped marşrutlarının genişləndirilməsi və ekoloji nəqliyyat mühitinin təşkili üçün baza rolunu oynayacaq.
Şəhərdə dəmir yolu nəqliyyatı ilə inteqrasiya olunmuş müasir bir logistik mərkəz də yaradılacaq. Bu mərkəz sənaye və kənd təsərrüfatı məhsullarının qəbul edilməsi, saxlanması və daşınmasında mühüm rol oynayacaq, şəhərin iqtisadi dövriyyəsini əhəmiyyətli dərəcədə gücləndirəcək", - məlumatda deyilir.
Qeyd edilib ki, eyni zamanda, Qovlar şəhərində sənaye potensialının artırılması nəzərdə tutulur:
"Belə ki, mövcud müəssisələrin genişləndirilməsi ilə yanaşı, səkkiz yeni sənaye obyektinin yaradılması planlaşdırılır. Yeni sənaye zonası təkcə şəhərin iqtisadi inkişafına deyil, eyni zamanda məşğulluğun artmasına mühüm töhfə verəcək.
Qovlarda "yaşıl" turizm, etnoturizm və ekoturizm kimi alternativ sahələrin təşviqi və müasir istirahət zonalarının yaradılması da diqqət mərkəzindədir. Bu həm yerli sakinlər, həm də şəhərin qonaqları üçün yeni istirahət imkanları yaradacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ətin qiyməti BAHALAŞACAQ
-
Gözlənilməz düşüş: Brent və WTI gerilədi
-
Hamı bunu gözləyirdi: Avro bahalaşdı, manat nə itirdi?
-
Banklara əmanət qoyanlar üçün vacib XƏBƏR: Kreditlər bahalaşır
-
Marketdə alıcıları çaşdıran qiymət oyunu - Etiketlərə diqqət
-
Azərbaycanda dollar ucuzlaşacaq? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır
-
Bir aydır çökən yola bu dəfə maşın düşdü - VİDEO
-
Dabandakı çatlardan qurtulmağın ən sadə yolu - cəmi 15 dəqiqə gözlətmək bəs edir
-
Türkiyədə qalmaqallı reklamla bağlı qərar verildi - VİDEO
-
İranda ticarət mərkəzində yanğın - Xəsarət alanlar var
-
Ütüdəki yanıq izindən qurtulmağın çox asan formulu
-
Nəvainin düşdüyü qəzanın görüntüləri - VİDEO
-
Paşinyanla Makronun avtomobildə səmimi görüntüləri - VİDEO
-
Bakıda bəzi ərazilərdə işıq olmayacaq
-
"Real"da gərginlik: Mbappe ilə texniki heyət arasında mübahisə
-
Biləcəridə zəncirvari qəza olub - FOTO
-
Günün qoroskopu: Maddi baxımdan isə uzaq əlaqələrdən gəlir mümkündür
-
Keçmiş icra başçısına ağır itki - FOTO
-
“Konyaspor” “Beşiktaş”ı məğlub edərək finala çıxıb
-
Bu çay adamı yarım saata yatızdırır
-
Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” - FOTO
-
İran BƏƏ-yə qarşı əməliyyatı təkzib etdi
-
Belarus Ermənistana nota verdi
-
Lalə Azərtaşdan yeni veriliş
-
Rusiyalı aktrisa qəzada öldü - ANBAAN VİDEO
-
Rusiyanın Zaporojyeyə hava hücumu nəticəsində 12 nəfər ölüb
-
Partlayışda xəsarət alan həkim öldü
-
Gənc müəllim vəfat etdi
-
ABŞ-də benzinin qiyməti rekord həddə çatdı





