Ölkə

Ad günündə vəfat etdi... - FOTO

15 Avqust 2025 19:49
Baxış: 408
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün 62 yaşında öz doğum günündə dünyasını dəyişib.

Qeyd edək ki, Nəcəfi Elxan Şükür oğlu 1986-ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. 

Elxan Nəcəfi Vətən müharibəsi iştirakçısı olub, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Elxan Nəcəfinin atası Şükür Nəcəfi isə Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Xatırladaq ki, "Qafqazinfo" ötən il şəhid ailəsindən geniş reportaj hazırlamışdı. Həmin reportajla buradan tanış ola bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.