Dünya

Tramp-Putin görüşünün nəticələri nə oldu?

16 Avqust 2025 09:50
Baxış: 1 010
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüş konkret razılaşma ilə nəticələnməyib.

Milli.Az bildirir ki, tərəflər danışıqları "məhsuldar" və "konstruktiv" adlandırsalar da, Ukrayna müharibəsinin dayandırılması istiqamətində irəliləyiş əldə olunmayıb.

Reuters xəbər verir ki, təxminən üç saat davam edən görüş "üçə qarşı üç" formatında baş tutub. Sammit qırmızı xalça qarşılanışı və yüksək səviyyəli mərasimlərlə müşayiət olunsa da, nəticədə tərəflər yalnız gələcək danışıqların davam etdirilməsi barədə razılaşıblar.

"The Washington Post" yazıb ki, görüş səmərəli atmosferdə keçsə də, diplomatik baxımdan real nəticə əldə edilməyib. "Time" isə qeyd edib ki, Putin ABŞ torpağında prezident kimi qəbul olunmaqla simvolik diplomatik qələbə qazanıb və bu, onun beynəlxalq imicini gücləndirib.

Tramp isə görüşü "çox uğurlu" adlandıraraq yaxın günlərdə NATO və Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr aparacağını bildirib. O, prosesin davam edəcəyini və yeni raund danışıqların gözlənildiyini vurğulayıb.

İslam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.