ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı həyat yoldaşı Melania Trampdan məktub çatdırıb.
Milli.Az bildirir ki, Reuters yazıb ki, məktubda Ukrayna müharibəsi zamanı uşaqların ailələrinin razılığı olmadan Rusiyaya və ya işğal olunmuş ərazilərə aparılması məsələsinə toxunulub.
Melania Tramp uşaqların qaytarılması və bu problemin həlli ilə bağlı narahatlığını ifadə edib.
Məktubun summit zamanı Putinə şəxsən təqdim edildiyi bildirilib.
Milli.Az